YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Ölkədə ümumi vəziyyət yaxşıdır və inkişaf tendensiyası var

Dövlət büdcəsinin müzakirəsindən görünür ki, ölkədə ümumi vəziyyət yaxşıdır və inkişaf tendensiyası var, inkişaf sürəti artır. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

B.Muradovanın sözlərinə görə, ancaq müəyyən problemlər, eləcə də inkişafın özünün yaratdığı proplemlər var ki, onlar araşdırılmalıdır: "İnsan kapitalının inkişafı müxtəlif sahələrdə insanların hüquqlarının qorunmasını zəruri edir".

Vitse-spiker qeyd edib ki, digər bir məsələ məhkəmə orqanlarının fəaliyyəti, vəkillərin və müstəntiqlərin üzləşdiyi çətinliklər, hakimlərin sayının artırılması ilə bağlıdır. O, hakimlərin sayının artırılmasının zəruri olduğunu bildirərək büdcədə bu məsələnin nəzərə alınmasını təklif edib.

B.Muradova deyib ki, vəkillərlə bağlı sahədə də problem ciddidir: “Vəkillik rolunu oynayan bir sıra müdafiəçilərlə bağlı qanunverciilik sahəsində atdığımız addımlar bu məsələyə də diqqət yetirilməsini zəruri edir. Təmsil olunduğum komitəyə müraciətlərin çox edildiyini nəzərə alaraq, hesab edirəm ki, bu istiqamətdə addımlar atılmalıdır və gözləmək olmaz”.

 

DİGƏR Xəbərlər Arxiv