YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq təlimlərdə iştirak edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.