YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair” Strateji Yol Xəritəsi üzrə müzakirələr aparılıb

"Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq tapşırığının icrası məqsədilə nazirliyin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkilinə dair iqtisadiyyat nazirinin müvafiq əmri ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərliyi ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib. İclasda Təhsil, Energetika və Müdafiə Sənayesi nazirliklərinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələri iştirak edib.

İclasda adıçəkilən yol xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə əsas icraçı qurumlar, habelə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əlaqəli və birgə fəaliyyətin təmin edilməsi müzakirə edilib. Həmçinin tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icrası üçün zəruri və tələb olunan tədbirlərin görülməsi, icra zamanı mövcud ola biləcək risklərin vaxtında müəyyən olunaraq aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.

İşçi qrupun növbəti iclasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilməsi, həmin iclasda hər bir qurumun əsas icraçısı olduğu tədbirlər üzrə hesabatların dinlənilməsi də müzakirə edilib.