YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli enerji körpüsü layihəsi çərçivəsində yeni saziş imzalanacaq

Bu ilin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli enerji körpüsü layihəsi çərçivəsində elektrik enerjisinin qarşılıqlı nəqlinə dair saziş imzalanacaq.

Bunu sentyabrın 8-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin Bakıda keçirilən dördüncü qeyri-rəsmi görüşündəki çıxışında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli enerji körpüsü layihəsi Qara dəniz elektrik enerjisi sisteminin inkişafına öz töhfəsini verəcək. Bu layihə, həmçinin Azərbaycana öz enerji təhlükəsizliyini möhkəmləndirmək və elektrik enerjisi ixracını təmin etmək üçün əlavə imkanlar yaradacaq. Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə elektrik enerjisinin ixracı çərçivəsində işlər davam etdirilir.

 

DİGƏR Xəbərlər Arxiv