YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.