YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün nazirlikdə bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın1-dək davam edəcək.