YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülməkdədir

«Bu gün Azərbaycanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə emal müəssisələrinin yaradılması da intensivləşib». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına daxildir. Onun sözlərinə görə, son dövrlər yaradılan və müasir texnika və texnologiyalarla təchiz edilən iri müəssisələrin məhsul emalında gücü getdikcə artır.

«Son dövrlər ölkəmizdə kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülməkdədir. Belə ki, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq və digər sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu yöndə mühüm tədbirlər görülməkdədir. Təbii ki, bu məhsulların istehsalının artımı emal sənayesinin inkişafına yeni təkan verəcək. Bu amil həmçinin, ölkəmizdə qeyri-neft sektorunun inkişafında vacib göstəricidir»- deyə, deputat qeyd edib.