YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 1-də Azərbaycana səfər edəcək.

Bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib ki, M.C.Zərif Bakıda keçiriləcək “Asiyanın ürəyi - İstanbul prosesi” konfransının işinə qatılacaq.

Konfransda Əfqanıstan ətrafında baş verən proseslər, regionda sülh və sabitliyi gücləndirmək məqsədilə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

İranın xarici işlər nazirinin yüksək səviyyəli görüşləri də nəzərdə tutulub.