YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Tacikistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Hazırda yeni məzmun kəsb edən bu münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır.

Əminəm ki, birgə səylərimiz bundan sonra da dövlətlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə, Azərbaycan ilə Tacikistan arasında iqtisadi və humanitar əlaqələrin genişlənməsinə yönələcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.”