YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

"700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Samux rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar partiyanın Samux rayon təşkilatı "700 min ağac əkək" kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Samux rayon təşkilatının İdarə  heyəti və şurasının, həmçinin Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Aksiyada  Lək-Əlibayramlı magistiral avtomobil yolunun kənarına  və sosial-ictimai obyektlərin həyətlərinə 1000  ədəddən artıq  həmişəyaşıl və dekorativ ağac, çinar, Eldar şamı, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, onların suvarılması təmin olunub. Ağacların inkişafı üçün gübrələr verilərək yeni su xətti çəkilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu tədbirlər gələn ilin mart ayına kimi davam etdiriləcək. Onun sözlərinə görə, "700 min ağac əkək" kampaniyası ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.