YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Trans-Anadolu qaz kəmərinin təməli gələn ilin əvvəlində Türkiyədə qoyulacaq

Trans-Anadolu qaz kəmərinin (TANAP) təməli 2015-ci ilin əvvəlində Türkiyədə qoyulacaq.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.

ARDNŞ-in prezidenti qeyd edib ki, layihə üzrə işlər davam etdirilir. Torpaqların alınması həyata keçirilir, ərazilərdə planlaşdırma və geologiya işləri aparılır. Artıq layihə üzrə üç nöqtədə tender elan olunub. Tenderlər əsasən tikinti işlərinin aparılması üçün yaşayış məntəqələrinin salınması ilə əlaqədardır.

R.Abdullayev bildirib ki, bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulan tenderlərin qalibləri məlum olduqdan sonda 2015-ci il aprel ayının ilk həftəsindən layihə üzrə sahələrdə qazma və tikinti işlərinə başlanılacaq.