YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın 25 illik yubileyi ilə əlaqədar Azərbaycan Texnologiya Universitetinin kollektivi “700 min ağac əkək” kampaniyasında fəal iştirak edib

Azərbaycan Texnologiya Universitetinin kollektivi Gəncədə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunan “700 min ağac əkək” kampaniyasında fəal iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan yaşıllaşdırma akisyasında universitet rəhbərliyi və tələbələr birgə iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri ilə birgə iştirak edən ATU kollektivi rektor, professor Akif Süleymanovla birgə xeyli sayda tinglər əkib. Eyni zamanda ərazidə təmizlik-abadlıq işləri aparıb, yaşıllıq sahəsi alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Qeyd edək ki, gələn ilin mart ayına qədər davam edəcək “700 min ağac əkək” kampaniyasında 40 min ağac və bəzək bitkisi əkiləcək. Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.

 

DİGƏR Partiya xəbərləri Arxiv