YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qobustan rayon təşkilatı “ 700 min ağac əkək “ kampaniyasına start verib

Yeni Azərbaycan Partiyası  Qobustan rayon təşkilatı Qobustan  Meşə Mühafizəsi  və Bərpası  Müəssisəsi ilə birlikdə partiyanın yaranmasının  25 illik  yubileyi münasibətilə  “700 min ağac əkək“ kampaniyası çərçivəsində Cəngi kənd ərazisində 0,5 ha  sahədə 350  badam tingi  əkilmişdir. Bu kampaniyada  təbiətin və ekoloji mühitin  mühafizəsi , biomüxtəlifliyin  qorunması  istiqamətində  çox saylı  tədbirlər və layihələr həyata keçirilir. Dövlət  başçısı İlham Əliyevin  diqqət ayırdığı  sahələrdən biri kimi  yaşıllıq sahələrinin genişləndirilməsi işinin  Qobustan rayonunda da  uğurla həyata keçirilir.

Ağacəkmə  kampaniyasında YAP Qobustan rayon təşkilatının  sədri Füzuli Gulaliyev, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, gənclər, Cəngi kənd tam orta məktəbinin  müəllim və şagirdləri iştirak edirdi.

Qeyd edək ki, Qobustan rayonunda “700 min ağac əkək” kampaniyası  üzrə tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

DİGƏR Partiya xəbərləri Arxiv