YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İmişli rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma işləri aparıb

Yeni Azərbaycanın Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar YAP İmişli rayon təşkilatının təşkilatçılıı ilə  “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aksiyada  YAP  İmişli rayon   təşkilatının  fəalları, eləcə də ictimaiyyət nümayəndələri və  İmişli rayon İcra Hakimiyyətinin kollektivi yaxından iştirak edərək şam ağacları əkmişdir. 

Şəhərin Olimpiya İdman komleksinin  ətrafında və digər küçələrində  yenidənqurma, abadlıq işləri həyata keçirilib. Abadlıq işləri sırasında yaşıllaşdırma işləri aparılıb. Xüsusilə gənclərin yüksək fəallıqla qoşulduğu bu aksiyada 2000 ədəd müxtəlif növ ağaclar əkilib.