YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir

Bakıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçirilir.

Görüşün əsas məqsədi “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş “Şərq tərəfdaşlığı” ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Natalia Qerman, Gürcüstanın xarici işlər naziri Maya Pandcikidze, Belarusun xarici işlər nazirinin müavini Yelena Kupçina, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak edirlər. 

Tədbiri açan Elmar Məmmədyarov dedi ki, bu görüş “Şərq tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsinin aparılmasına imkan yaradacaq.

 

DİGƏR Xəbərlər Arxiv