YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: İqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir

«Trans Anadolu qaz boru kəməri  Azərbaycan üçün çox önəmli layihədir. Azərbaycan qazının ixracında ən önəmli addımlardan biridir».  Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, Azərbaycanın böyük qaz ehtiyatı var və bu qazın ixracı üçün TANAP layihəsinin icrasına başlanması Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin iqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir.

«TANAP layihəsi ilə bağlı hələ də müəyyən işlər davam edir və təxminən 2018-ci ildə artıq bu layihə tam gücü ilə işləməlidir. Bir daha bu məsələnin gündəmə gətirilməsi artıq layihənin reallığının göstəricisidir»- deyə, komitə üzvü qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv