YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyini təmin edir

«Azərbaycan və Türkiyə NATO-nu məhz sülhü və sabitliyi təmin etməyə çağırıb».  Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü  Asim Mollazadə Türkiyə prezidentinin NATO-nu Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirməyə çağırmasına münasibət bildirərkən deyib.

A.Mollazadə bildirib ki, bölgədə beynəlxalq layihələri həyata keçirmək üçün təhlükəsizlik zəmanəti lazımdır. Onun sözlərinə görə, Azərbaycan bu layihələrlə Avropanın enerji təhlükəsizliyini təmin edir.

«Burada hər bir layihəyə milyardlarla dollar məbləğində sərmayə qoyulur. Bu sərmayələrin bir qismini Azərbaycan qoyursa, daha böyük qismi isə NATO ölkələri tərəfindən yatırılır. Bu sistemi müdafiə etmək və onun normal fəaliyyəti üçün mütləq sabitlik, sülh lazımdır. Azərbaycan və Türkiyə də NATO-nu məhz bu sülhü və sabitliyi təmin etməyə çağırıb»- deyə, deyə komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv