YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qəbələ rayon təşkilatı “700 min ağac əkək” aksiyasına start verdi

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubleyi ilə əlaqədar Qəbələdə “700 min ağac əkək” kampaniyası çərçivəsində keçirilən aksiyaya start verildi.

Aksiyada YAP Qəbələ rayon təşkilatının fəalları yaxından iştirak edərək aksiyanın birinci mərhələsində ağac əkmişlər.

Aksiyada Qəbələ-Bakı maqistiral avtomobil yolunun kənarına və Zərifə Əliyeva küçəsinə, şəhərin parklarına 3363 ədəd bəzək bitkiləri, o cümlədən Görüc, Ağcaqayın, Katalpa ağacları əkilmişdir.   

Ağacəkmə aksiyası gələn ilin mart ayınadək davam edəcəkdir.