YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Reallıq ondan ibarətdir ki, Ermənistan ağır böhran içərisindədir

«Serj Sarkisyanın dilindən Azərbaycanın gücünün etiraf edilməsi, onun beynəlxalq məkanda fəal addımlar atdığını vurğulaması sadəcə bir səfərbərlik çağırışı deyil. Bu, həqiqətdir». Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, ötən dövr ərzində ölkəmizin beynəlxalq məkanda digər dövlətlərlə ikitərəfli, ya da çoxtərəfli formatda əlaqələri güclənib. Onun sözlərinə görə, əslində erməni tərəfi müharibəni ona görə törədiblər ki, bizi dünyaya inteqrasiyadan kənarda qoysunlar, güclü olmağımıza imkan verməsinlər.

«Amma Ermənistan hakimiyyəti özünü ağır və amansız bir duruma sürükləyib”. Son illər ərzində Ermənistan hər hansı bir beynəlxalq tədbirə ev sahibliyi edibmi? Bunu görən olubmu? Onun bu illər ərzində xarici səfəri Moskva və İrəvan arasındakı labirintdə dolanmaqdan başqa bir şey olmayııbdır. Əgər bu gün Ermənistan prezidenti hər hansı bir beynəlxalq tədbirlərə qatılırsa belə, bu onun nüfuzunun olması deyil. Reallıq ondan ibarətdir ki, Ermənistan ağır böhran içərisindədir»- deyə, Z.Oruc qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv