YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Lacin rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar partiyanın Lacin rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Lacın rayon təşkilatının İdarə Heyəti və Şurasının, həmçinin Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Aksiyada Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində sosial-ictimai obyektlərin həyətlərinə 1000 ədəddən artiq ağac, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, onların suvarılması təmin olunub. Ağacların inkişafı üçün gübrələr verilərək yeni su xətti çəkilib.
YAP Lacin rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, bu tədbirlər gələn ilin mart ayına kimi davam etdiriləcək. Onun sözlərinə görə, “700 min ağac əkək” kampaniyası ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.

 

DİGƏR Partiya xəbərləri Arxiv