YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

«700 min ağac əkək» kampaniyası çərçivəsində Bərdə rayonunda 6000-dən çox ağac əkilib

YAP Bərdə rayon təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində aksiya keçirib.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə münasibətilə keçirilən aksiyaya YAP Bərdə rayon təşkilatının üzvləri fəal şəkildə  qoşulublar.

YAP Bərdə rayon təşkilatının üzvləri rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus meşə zolağının 6 hektar ərazisində 6000 ədəd nar ağacı tingləri əkiblər. Ümumiyyətlə, oktyabr ayından etibarən Bərdə rayonu ərazisində yol kənarlarında, həmçinin şəhərin müxtəlif yerlərində 10 mindən çox ağac tingləri əkilib.

Aksiya gələn ilin yaz aylarına qədər davam edəcək.