YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Ermənistan özünü bütün enerji və digər regional layihələrdən təcrid edib

Erməni diasporunun girovu olan Ermənistan özünü bütün enerji, nəqliyyat və digər regional layihələrdən təcrid edib.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. /Trend/

Onun sözlərinə görə, erməni diasporunun təzyiqi ilə Yerevan həm də Türkiyə ilə bütün dostluq imkanlarının önünü kəsib.

Türkiyə prezidenti Gürcüstanla Türkiyə arasındakı münasibətləri Ermənistanla Türkiyə arasındakı münasibətlərlə müqayisə edib və vurğulayıb ki, Gürcüstan özü üçün firavan gələcək təmin edib: “Türkiyə ilə dostluq edən dövlətlər çiçəklənir, düşmənçilik edən dövlətlərin isə gələcəyi yoxdur”.