YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA prezidentindən çağırış: Münaqişələrin həllinə daha çox diqqət ayrılmalıdır

“Tərəfləri münaqişənin həll olunmasına daha çox diqqət ayırmağa çağırıram”.

Trend-in məlumatına görə, bunu ATƏT PA-nın prezidenti George Tsereteli ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.

G.Tsereteli münaqişənin həllinə daha çox diqqət yetirilməsinə, xüsusilə Dağlıq Qarabağ münaqişəsi və Ukrayna və onun ətrafında baş verən böhranı həll etməyə çağırıb.

ATƏT PA-nın prezidenti deyib: "ATƏT PAnın sədri kimi, mən ATƏT ərazisindəki bütün münaqişələrdən narahatam".

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır.