YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan neftinin və qazının Azərbaycan vasitəsilə daşınması üçün işçi qrupları yaradılır

Qazaxıstan və Azərbaycan Qazaxıstan neftinin və qazının dünya bazarlarına Azərbaycan ərazisi vasitəsilə daşınması məsələləri üzrə iki işçi qrupu yaradırlar.

Qazaxıstanın energetika naziri, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Kanat Bozumbayev bu sözləri jurnalistlərə Bakıda Hökumətlərarası Komissiyanın 14-cü iclasının yekunlarını şərh edərkən söyləyib.

K.Bozumbayev deyib: “Qazaxıstan qazının hasilat həcmi artmağa davam edəcək və ixrac marşrutlarından biri kimi Azərbaycan nəzərdən keçirilir. Variantlardan biri kimi, biz Qazaxıstanın qərbində LNG zavodun tikintisini, daha sonra onun məhsulunun Azərbaycan ərazisindən keçməklə, dünya bazarlarına daşınmasını nəzərdən keçiririk”.

Nazir bildirib ki, Qazaxıstan və Azərbaycan müvafiq nazirlik və idarələrin nümayəndələrindən ibarət xüsusi işçi qruplarının yaradılması barədə razılığa gəliblər. O deyib: ”İşçi qrupu bu layihənin nə dərəcədə səmərəli olduğunu yaxın bir necə ayda öyrənəcək və bizə məlumat verəcək”.

K.Bozumbayevin sözlərinə görə, Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən yaradılmış ikinci işçi qrupu Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına daşınmasının rəqabətədavamlılığını öyrənəcək.

 

DİGƏR Xəbərlər Arxiv