YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyanın ticarət naziri Azərbaycana səfərə gəlir

Dekabrın 14-15-də Böyük Britaniyanın ticarət naziri Baronessa Rona Feyrhed Azərbaycanda səfərdə olacaq.

Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən bildiriblər ki, Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçiriləcək. Xanım Rona Feyrhed birgə Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədridir. Azərbaycan tərəfindən isə birgə Hökumətlərarası Komissiyaya iqtisadiyyat naziri Şahin Mustafayev həmsədrlik edir.