YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb.

Sessiyanın sentyabrın 29-da keçiriləcək ilk iş günündə ənənəvi olaraq AŞPA sədrinin yay sessiyasından ötən dövrdəki fəaliyyəti barədə hesabatı dinləniləcək, payız sessiyasının gündəliyi təsdiq olunacaq, təşkilatın Bürosunun və daimi komitəsinin hesabatları müzakirə olunacaq, Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı avropalı deputatlar fikir mübadiləsi aparacaqlar.

Sentyabrın 30-da neofaşizm və ksenofobiya hallarının aşkar edilməsi və onlara qarşı mübarizə, ərəb inqilablarından sonra qurulan demokratiyada qadınların vəziyyəti diqqət mərkəzində olacaq.

Sessiyanın sonrakı günlərində ötən ilin oktyabrından 2014-cü ilin oktyabrına qədər olan müddətdə monitorinqin prosedur dəyəri, Gürcüstanda demokratik təsisatların fəaliyyəti, Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti, Albaniyanın Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərin yerinə yetirməsi, Avropada döş xərçənginin müalicəsinin optimizm variantı məsələləri müzakirə olunacaq.

Sessiyanın gedişi ərzində avropalı deputatlar Ukrayna böhranı ətrafında müzakirələr aparacaq və İnsan haqları üzrə V. Havel mükafatının təqdimatı keçiriləcək.

Sessiyada Azərbaycan ilə bağlı hər hansı məsələ müzakirə olunmasa da, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirəcəklər.