YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçiriləcək

Sentyabrın 12-13-də Bakıda Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçiriləcək.

Azərbaycan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, iclasda hökumətlərarası komissiya çərçivəsində energetika sahəsində birgə fəaliyyətin əlaqələndirilməsinə dair yüksək səviyyəli işçi qrupunun yaradılması məsələsi müzakirə ediləcək. Eyni zamanda, Rusiyanın Energetika Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi tərəfindən hökumətlərarası sazişə müvafiq olaraq enerji sistemlərinin paralel işləməsinin təmin edilməsi barədə fikir mübadiləsi aparılacaq.