YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Kürdəmir rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının  yaradılmasının 25 illik yubileyi ilə əlaqədar  “700 min ağac əkək” kampaniyası çərçivəsində  YAP Kürdəmir rayon təşkilatı  ağacəkmə aksiyası keçirib.

“700 min ağac əkək” kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında YAP Kürdəmir  rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri, həmçinin Gənclər Birliyinin üzvləri iştirak ediblər. Rayon  təşkilatının üzvləri tərəfindən   Kürdəmir rayonunun  park və meydanlarında  xeyli sayda  ağac və gül kolları  əkilib.  Əkilən tinglər suvarılıb. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə  partiya üzvlərinin sayına uyğun   ağac əkməyi planlaşdırır.

DİGƏR Partiya xəbərləri Arxiv