YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin VII toplantısı keçirilib

Andorranın paytaxtı Andorra La Vella şəhərində keçirilən “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin VII toplantısı təşkil edilib.

Toplantıda Mərkəzin 2013-2014-cü illər üçün fəaliyyəti haqqında hesabat dinlənilib, 2014-2015-ci illərdə həyata keçiriləcək yeni layihələr, beynəlxalq tədbirlər müzakirə olunaraq təsdiq edilib. Mərkəzin idarə heyətinin qərarına əsasən, 2015-ci ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu ilə yanaşı, yaxın vaxtlarda İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi fəlsəfəsində etik prinsiplərin araşdırılmasına həsr olunan beynəlxalq forum, Misir, Yunanıstan, İtaliyada isə ali qrup toplantıları təşkil olunacaq.

Mərkəzin idarə heyətinin iclasında III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əsas istiqamətləri də müəyyənləşdirilib. Növbəti Forumda sabiq ölkə rəhbərləri və ekspertlər Avropa məkanında münaqişələr, xüsusilə “dondurulmuş” münaqişələrin həllində yeni metodların tətbiqi, Yaxın Şərq regionunda və ərəb dünyasında baş verən proseslər və s. mövzuları müzakirə edəcəklər.

İclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Andorra parlamentinin sədri Visenç Mateu, Andorranın sabiq Baş naziri Oskar Ribas, eks-prezidentlər Stefan Mesiç (Xorvatiya), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Petar Stoyanov (Bolqarıstan) iştirak ediblər. Bundan başqa, Andorranın sabiq Baş naziri Oskar Ribas, İsveç Konfederasiyasının müşaviri Valter Fyust, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, Gürcüstan Himayədarlar Şurasının sədri Guli Alasaniya və başqaları da toplantıya qatılıblar.