YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ştefan Füle: Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişafına önəm verir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin uğurla davam etdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu və enerji sahəsində bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Avropa İttifaqı arasında hüquqi bazanın yeniləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Bu il sentyabrın 1-dən etibarən vizaların sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minib.
Azərbaycan iqtisadiyyatına, ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlara dair məlumatları qonaqların diqqətinə çatdıran nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına, regionun potensialının tam reallaşdırılmasına ciddi maneə olduğunu bildirib.

Komissar Ştefan Füle Azərbaycanda gedən sosial-iqtisadi inkişafı müsbət qiymətləndirib və Avropa İttifaqının ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.