YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Kəlbəcər rayon təşkilatı “700 min ağac əkək” kampaniyasına start verib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar partiyanın Kəlbəcər rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Kəlbəcər rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurası və Gənclər Birliyinin fəalları iştirak ediblər.

Aksiya çərçivəsində Göy-göl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ayırdığı Gəncə-Göy-göl yolunun kənarında 350 ədəd eldar şamı əkilib.

YAP Kəlbəcər rayon təşiklatının sədri Akif  Əsgərov bildirib ki, aksiya 2018-ci ilin mart ayına kimi davam etdiriləcək. Bu tədbir yaşıllığın və ekaloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.