YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır

«Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahədə reallaşdırılan tədbirlər də çox önəmlidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

 S.Hüseynova bildirib ki, islahatların yeni mərhələsi cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki bu islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir.

«Şübhə yoxdur ki, bu islahatlar nəticəsində digər sahələrdə olduğu kimi sosial sahədə də ciddi nəticələr əldə ediləcək. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin sosial rifahı daha da yüksələcək. İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır»- deyə, S.Hüseynova qeyd edib.