YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək” aksiyası çərçivəsində Şəki şəhərində 7 mindən çox müxtəlif növ ağac əkilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə dekabrın 13-də Şəkidə keçirilən növbəti ağacəkmə aksiyası zamanı şəhər ərazisində 1000-ə yaxın ağac tingi əkilib.

YAP Şəki təşkilatı, şəhər icra hakimiyyəti, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiyada partiya fəalları, könüllülər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumiyyətlə, cari ilin oktyabrından başlanan “700 min ağac əkək” aksiyası çərçivəsində indiyədək Şəki şəhəri ərazisində 7 mindən çox müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib.

Gələn ilin martınadək davam edəcək aksiya çərçivəsində şəhər ərazisində daha 8 min ağacın əkilməsi nəzərdə tutulur.