YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün qarşılıqlı istəyin olduğunu qeyd etdi. Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi və iqtisadi sahələrdəki kimi, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu dedi.

 

DİGƏR Xəbərlər Arxiv