YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Səbail rayonunda “700 min ağac əkək” kampaniyası çərçivəsində 1000 ədəd ağac əkilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Səbail rayon təşkilatı və Səbail Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Ulu öndər Heydər Əliyevin  şəxsi təşəbbüsü ilə 1970-ci illərdə yaradılmış “Dostluq parkı”nda və eləcə də Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisindəki ağacəkmə aksiyası YAP üzvlərinin, və rayon ictimaiyyətinin nümayəndələrinin, yüzlərlə insanın iştirakı ilə keçirilib.

Keçirilən aksiyada  ümumilikdə 1000 ədəd yeni Eldar şamı, oluandr, kiparis, zeytun və s. ağacları əkilib, ağaclara qulluq göstərilib.