YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

İsmayıllı rayonunda 3 hektar sahədə ağac əkilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min  ağac əkək” kampaniyası İsmayıllı rayonunda uğurla davam etdirilir.

YAP İsmayıllı rayon təşkilatı rayon  Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (MMBM) ilə birgə kampaniya çərçivəsində Qalınçaq kəndi ərazisində 3 ha sahədə 3100 findıq tingi əkib. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib.

Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada partiyanın rayon təşkilatının üzvləri, həmçinin rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi, gənclər, Qalınçaq kəndinin sakinləri yaxından iştirak ediblər.

Yeni Azərbaycan Partiyası İsmayılıı rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq  üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.