YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qeyri-neft sahələrində istehsalın həcmi 5,4 faiz artıb

Yanvar-avqust aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 22,6 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, sənaye məhsulunun 72,1 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 28,6 milyon ton neft, 12,3 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22 faizini təşkil edib. Qida, geyim, tütün məmulatlarının, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının istehsalında artım müşahidə olunub.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini 5,4 faiz üstələyib, neft-qaz sektorunda isə 2,4 faiz azalıb. Ümumi sənaye istehsalının 93,2 faizi malların (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 80,7 faizi özəl bölmədə istehsal olunub.

 

DİGƏR Xəbərlər Arxiv