YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Dövlətimiz hər zaman gəncliyin inkişafına xüsusi diqqət yetirir

«Azərbaycan dövləti  gənclərin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu, ölkəmizin inkişaf prioritetlərindən biridir». Bu fikirləri gənclər və idman naziri  Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin də əməyi böyükdür. Onun sözlərinə görə, yüksək biliklərə yiyələnən gənclərimiz müxtəlif sahələrdə səmərəli çalışırlar.

«Dövlətimiz hər zaman gəncliyin inkişafına xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsidir ki, Azərbaycan gəncləri hər sahədə böyük uğurlar qazanmaqdadır»- deyə, nazir vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv