YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “700 min ağac əkək" kampaniyası çərçivəsində növbəti aksiya keçirib

Yeni Azərbaycan Partiyasının  yaradılmasının 25 illik yubileyi ilə əlaqədar  “700 min ağac əkək" kampaniyası çərçivəsində  YAP Kürdəmir rayon təşkilatı növbəti  ağacəkmə aksiyası keçirib. "700 min ağac  əkək" kampaniyası çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında YAP Kürdəmir  rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri, həmçinin Gənclər Birliyinin üzvləri iştirak ediblər. Rayon təşkilatının üzvləri tərəfindən  Kürdəmir rayonunun  park və meydanlarında  2000 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə  partiya üzvlərinin sayına uyğun  ağac əkməyi planlaşdırır.