YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yavər Camalov: ADEX 2014 dost və qardaş ölkələrlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək

ADEX 2014 sərgisi dost və qardaş ölkələrlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək. Bunu müdafiə sənayesi naziri Yavər Camalov Baku Expo Mərkəzində 1-ci Azərbaycan “Medafiə sənayesi” sərgisinin (ADEX 2014) açılış mərasimində bildirib. /Trend/

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda güclü müdafiə sənayesi yaradılıb.

Onun sözlərinə görə, Azərbaycanın güclü hərbi potensialı formalaşıb: “Azərbaycanın hərbi qüdrəti durmadan artır, Azərbaycan Ordusu döyüş qabiliyyəti, silah-sursat, təchizat baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevrilib”.

Y.Camalov deyib ki, Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmək də daxil olmaqla, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirəcək.

Nazir əlavə edib ki, bu sərgidə 34 ölkədən 200-dən çox şirkət iştirak edir: “Bu, onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb”.

Y.Camalov sərginin keçirildiyi müddətdə də tərəfdaş ölkələrin sayının daha da artacağına ümidini ifadə edib: “Bu gün hərbi texnika, döyüş sursatları istehsal edən müəssisələrimizin sayı artıb. Müəssisələrimiz dünya standartlarına uyğun, rəqabətədavamlı məhsullar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi dost və qardaş ölkələri əməkdaşlığa dəvət edir. Ümid edirəm ki, sərgi bu əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”.