YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatı “700 min ağac əkək" kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min  ağac əkək" kampaniyası çərçivəsində YAP Laçın rayon təşkilatı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirib.

Ağacəkmə aksiyasında YAP Laçın rayon təşkilatının fəalları, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon təşkilatının üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən Taxtakörpü qəsəbəsindəki Heydər Parkında və Gənclər Parkında 600 ədəd ağac və gül kolları əkilib, eyni zamanda əkilən tinglər suvarılıb. YAP Laçın rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə ağac əkməyi planlaşdırır.

DİGƏR Partiya xəbərləri Arxiv