YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Dünya ölkələrinin tam əksəriyyəti 12 illik və daha çox təhsil sistemini tətbiq edir

«Dünya ölkələrinin tam əksəriyyəti 12 illik və daha çox təhsil sistemini tətbiq edir. Lakin biz bunu düşünülməmiş şəkildə tətbiq edə bilmərik. Bu məsələdə mütəxəssislər tərəfindən dərhal iş başlanmalıdır. Bu işin kökündə son siniflərdə ixtisaslaşmanın fəlsəfəsini ortaya qoymalıyıq». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, icbari fənlərin sayının son siniflərdə azaldılması qarşıya bir məqsəd kimi qoyulub. Onun sözlərinə görə, keçid planını ilk növbədə Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən başlamaq lazımdır.

«İki ildən sonra həmin təhsil müəssisələrində müvafiq eksperimental tədris planları yəni, son siniflərdə ixtisaslaşma imkanını verən və beləliklə son siniflərdə icbari fənlərin sayını azaldan tədris proqramları hazırlanıb təqdim olunmalıdır. Ondan daha uzun bir müddətdə bu Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərində sınaqdan keçirilməlidir. Bu həm də alternativ imkan kimi təqdim olunmalıdır. Bir sözlə, şagird və ya valideyn onun seçimi olmalıdır. Analoji şəkildə öz ixtisasını seçən və gələcəyini texniki, humanitar ixtisaslarda  və ya tibb elmlərində və digər ixtisaslarda görən şagird üçün ixtisaslaşmış proqram təmin olunmalıdır»- deyə, nazir vurğulayıb.