YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi - “ADEX 2014” ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir.

Burada Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qrupları öz ekspozisiyalarını nümayiş etdirirlər. “ADEX 2014”də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 168 adda müdafiə təyinatlı məmulatı sərgilənir.

Qeyd edildi ki, sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər, quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.