YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Araz Əliyev: Əhalinin sosial rifahının yüksəlməsi istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir

«Son illər Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, əhalinin sosial rifahı daha da yaxşılaşır». Bu fikri İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib. 

A.Əliyev bildirib ki, bu amillər əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır. Onun sözlərinə görə, bütün bunlar eyni zamanda, istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir. Onun sözlərinə görə, istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün mövcud qanununvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülüb.

A.Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd edib: «Hər il olduğu kimi, ötən 2013-cü ildə də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilib, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılıb, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlər hazırlanıb, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq əhali arasında paylanılması maarifləndirmə işinə müsbət töhfə verib. Təkcə ötən il istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu sahədə tədbirlər hazırda da davam etdirilir».

DİGƏR Xəbərlər Arxiv