YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

UNİAN: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub

Ukraynanın tanınmış UNİAN informasiya agentliyində Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından bəhs edən, Azərbaycan dövlətinin yürütdüyü din siyasətinin müsbət dəyərləndirildiyi məqalə yayılıb.

Məqalədə Azərbaycanda dini qurumların kütləvi şəkildə dövlət qeydiyyatına alındığı qeyd olunur. Bildirilir ki, Azərbaycanda 800-ə yaxın dini qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. Konfessional baxımdan onların 765-i İslam, 28-i isə qeyri- islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Məqalədə qeyd olunur ki, Azərbaycanda 10 dövlət təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə ərazisində 2 mindən çox məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Azərbaycanda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

 

DİGƏR Xəbərlər Arxiv