YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Aİ İtaliyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş fəaliyyətini gücləndirmək öhdəliyini yüksək qiymətləndirir

Avropa İttifaqı İtaliyanın həlli uzanmış münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud formatlar vasitəsi ilə həllinə yönəlmiş ATƏT-in səylərinin gücləndirilməsi üzrə öhdəliyini yüksək qiymətləndirir.

Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Aİ-nin ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq edilən bəyanatında bildirib.

Bəyanatda qeyd edilir ki, ATƏT ərazisindəki həlli uzanmış münaqişələr diqqət mərkəzində qalmaqda davam edir.

Bəyanatda qeyd olunur: "Biz həlli uzanmış münaqişələri mövcud formatlar vasitəsi ilə nizamlanmasına yönəlmiş ATƏT-in səylərini gücləndirmək öhdəliyini alqışlayırıq. Biz münaqişələrin humanitar aspektlərinə olan davamlı diqqəti yüksək qiymətləndiririk ".

Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən İtaliya ATƏT-də sədrlik edir.

 

DİGƏR Xəbərlər Arxiv