YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan 2017-ci il ərzində də bir sıra mühüm qlobal layihələrə imza atıb

«Azərbaycan 2017-ci il ərzində də bir sıra mühüm qlobal layihələrə imza atıb». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ölkəmizin  əlverişli coğrafi məkanda yerləşməsi regionda qlobal əhəmiyyətli  layihələrin reallaşmasında rolunu gücləndirir. Onun sözlərinə görə, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır.

«Bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividentlər gətirir. Ötən il «Əsrin müqaviləsi»nin uzadılmasına dair yeni sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycana perspektiv uğurlar  vəd edir. Bütün bunlar onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu faktor Azərbaycanın regionda rolunun artmasında, dünya miqyasında mövqeyinin daha da güclənməsində mühüm rol oynayır» - deyə, deputat qeyd edib.