YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycanda gənclərlə iş sahəsində də böyük nailiyyətlər var

«Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş  sahəsində də böyük nailiyyətlər var». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Onun sözlərinə görə, bu gün ölkə gəncliyi cəmiyyətin ən aparıcı qüvvəsidir.

«Hazırda gənclər ölkəmizdə baş verən proseslərdə aktiv iştirak etməklə yanaşı həm də təşəbbüskardırlar. Təsadüfi deyil ki, gənclərin təşəbbüsləri cəmiyyətdə həmişə maraqla qarşılanır və dəstəklənir. Ölkəmizdə xeyli sayda gənclər təşkilatı fəaliyyət göstərir ki, onlar milli və dövlət maraqlarının qorunmasında öz sözlərini deyirlər»-deyə, komitə sədri qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv