YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrinin mütləq əksəriyyəti müasir standartlara cavab verir

«Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrinin mütləq əksəriyyəti müasir standartlara cavab verir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ölkəmizdə səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir. Onun sözlərinə görə, ötən il bir sıra bölgələrdə yeni tibb müəssisələri inşa olunaraq istifadəyə verilib və ya əsaslı təmir olunub.

«Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı məlumat verildi. Dövlət səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımları atır. Məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib»-deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv