YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır

«20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində şərəfli yer tutur. O dövrdə sovet imperiyasında xalqların müxtəlif formalarda bu sistemə qarşı etirazları baş qaldırmışdı. İmperiyanın rəhbərliyi isə müxtəlfi vasitələrlə insanları qorxutmağa, susdurmağa çalışırdı. Bu məqsədlə qırğınlar törətməkdən də çəkinmirdilər». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, 20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı.

«Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir»-deyə, N.Cəfərov vurğulayıb.